ABŞ Dağlıq Qarabağda İsveç sülhməramlılarını yerləşdirilməyi təklif etdi - VİDEO

ABŞ Skandinaviya ölkələrindən olan sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsi üzərində işləyir.

KONKRET.az xəbər verir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayn bu barədə Los-Ancelesin erməni icması ilə görüşündə bildirib.

“Skandinaviya ölkələrinin hökumətləri ilə atəşkəs rejimini qorumaq üçün Dağlıq Qarabağa sülhməramlıları göndərmək üzərində işləyirik”- deyə R.Obrayn bildirib.

O vurğulayıb ki, “Dağlıq Qarabağ münaqişəsi zonasındakı hər hansı bir silahlı sülhməramlı qüvvələrin tərkibinə ABŞ və ya qonşu ölkələr daxil olmaqla Minsk qrupunun həmsədr ölkələri daxil olmamalıdır.”

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Şuşadan görüntü - VİDEO

SONRAKI XƏBƏR

Moskvaya gedən Köçəryan niyə qəfil "xəstələndi"? - ŞOK SƏBƏB