Lukaşenko: “Rusiya və Belarusun bir-birindən başqa dostu yoxdur”

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya və Belarus xalqının münasibətlərinin xüsusi olması və ümumiliyindən danışıb.

Publika.az xəbər verir ki, bu barədə “BelTa” məlumat yayıb.

A.Lukaşenko Rusiyaya Belarusa kiçik qardaşı kimi yanaşmaq çağırışı ilə çıxış edib. Onun sözlərinə görə, Minsk Moskvadan üz çevirmək niyyətində deyil.

“Biz danılmaz bir faktı bildirdik ki, bu gün bizim, Rusiya və Belarusun, Putin və Lukaşenkonun – biri-birimizdən başqa dostumuz yoxdur”, - deyə A.Lukaşenko qeyd edib.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan: "Bütün imkanlar səfərbər olunub"

SONRAKI XƏBƏR

Fəxrəddin Altun Azərbaycana təşəkkür etdi