“Zəlzələ qarşısında Türkiyə və Yunanıstanın həmrəyliyi bir çox şeylərdən daha qiymətlidir”

“Zəlzələ qarşısında Türkiyə və Yunanıstanın həmrəyliyi bir çox şeylərdən daha qiymətlidir”

Türkiyə ilə Yunanıstanın hər iki ölkəyə təsir edən zəlzələ qarşısında həmrəyliyi həyatda bir çox şeylərdən qiymətlidir. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Yunanıstana öz adımdan və türk xalqı adından dərin hüznlə başsağlığı verirəm. Türkiyə də Yunanıstanın yaralarını sağaltmasına həmişə kömək etməyə hazırdır. İki qonşunun çətin zamanlarda həmrəylik göstərməsi həyatda bir çox şeylərdən daha qiymətlidir”, - deyə Ərdoğan tvitterdə yazıb.

Qeyd edək ki, oktyabrın 30-da Türkiyənin İzmir sahillərində 6,6 maqnitudalı zəlzələ baş verib. Son məlumatlara görə, Türkiyədə yeraltı təkanlar nəticəsində 21 nəfər həlak olub, 799 nəfər xəsarət alıb.

Yunanıstan mətbuatı Samos adasında baş vermiş zəlzələ nəticəsində iki həlak olmuş uşaq barədə məlumat verib.

Mənbə: qafqazinfo.az