Qubadlını atəşə tutan düşmənə cavab atəşi açılıb

Ermənistan müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb.

Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək", - məlumatda deyilir.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Britaniyada dünyada ilk dəfə kirpi parkı açıldı

SONRAKI XƏBƏR

Lippertdən Azərbaycana dəstək - Video