İspaniyadan koronavirusla bağlı YENİ QƏRAR

İspaniyadan koronavirusla bağlı YENİ QƏRAR

İspaniya Deputatlar Konqresi COVID-19 epidemiyasının tətbiq etdiyi fövqəladə vəziyyətin (“yüksək həyəcan”) 9 may tarixinə qədər uzadılmasını dəstəkləyib.

KONKRET.az xəbər verir ki, “El Mundo”ya görə, 194 deputat Baş nazir Pedro Sançezin təklifini təsdiqləyib, 53 nəfər əleyhinə səs verib, 99 nəfər bitərəf qalıb.

“Hökümət ispanların yorulmağa başladığını başa düşür, amma indi tədbirləri rahatlaşdırmağın vaxtı deyil. Qarşıda həftələr, aylar var ki, çox çətin olacaq”. Səhiyyə Nazirliyinin rəhbəri belə deyib.

Qeyd edək ki, təkcə son bir həftədə ölkədə COVID-19-a 107 min nəfər yoluxub.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az