“Kimin nə deməyindən asılı olmayaraq, biz öz torpaqlarımızı azad etməkdə davam edəcəyik”

“Kimin nə deməyindən asılı olmayaraq, biz öz torpaqlarımızı azad etməkdə davam edəcəyik”

Azərbaycan və ErmənistanXİN rəhbərlərinin Cenevrə görüşü başa çatıb.

Maraqlıdır, Azərbaycanordusunun hərb meydanında əldə etdiyi uğurlar, ardıcıl qələbələr ölkəmizin danışıqlarmasasındakı mövqeyinin möhkəmlənməsinə nə dərəcədə yardım edir?

Moderator.az-a açıqlamaverən keçmiş diplomat, politoloq Fikrət Sadıqov Azərbaycanın həm müharibə, həmdə diplomatik müstəvidə öz fəaliyyətini uğurla davam etdirdiyini vurğuladı:

“Azərbaycan işğal altındakıərazilərdə anti-terror əməliyyatı başladığı andan diplomatik istiqamətdə dəaktiv fəaliyyətini davam etdirməkdədir. Moskvada, Vaşinqtonda, Parisdə, CenevrədəAzərbaycan XİN-i danışıqlar apardı. Göstərdi ki, ölkəmiz problemin diplomatikyolla, sülh yolu ilə həllindən bu gün də imtina etmiş deyil. Biz göstərdik ki,prinsipial mövqe nümayiş etdirərək öz torpaqlarımızı azad etməklə yanaşı, danışıqlardada iştirak edirik.

Cenevrə danışıqlarına gəldikdə,həmsədrlərin bəyanatında o qədər də önəm kəsb etməyən fikirlərin yer aldğını görürük.Lakin biz başqa bir şey də gözləmirdik. Amma bir məqama toxunmaq istəyirəm. Heçbir həmsədr demədi ki, Azərbaycan hərbi əməliyaytları dayandırmalıdır, yaxudtorpaqlarını azad etməli deyil. Bu, mühüçm bir məqamdır. Biz öz fəaliyyətimizihərbi müstəvidə davam etdirməliyik. Təbii ki, Azərbaycan heç vaxt cəsədlərin təhvilverilməsi məsələsinə maneçilik törətməyib. Sadəcə, Ermənistan tərəfi cəsədlərinigötürmək istəmir.

Torpaqlarımız azadolunmalıdır. Kimin nə deməyindən asılı olmayaraq, biz öz torpaqlarımızı azadetməkdə davam edəcəyik. Artıq dünya da bunu dərk edib və bu məsələdə kimsə Azərbaycanamane ola, onun haqq işi uğrundakı mübarizəsinə əngəl ola bilməz ”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az