Səudiyyə Ərəbistanı İraqa görə ittiham olundu

Səudiyyə Ərəbistanı İraqa görə ittiham olundu

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Əshabil Haq" hərəkatının sədri Qeys əl-Xəzəli Səudiyyə Ərəbistanını ittiham edib.

Qeys əl-Xəzəli açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı İraqa investisiya qurmaq bəhanəsi ilə buraları işğal etmək istəyir.

"Səudiyyə Ərəbistanı İraqın əl-Ənbar, Nəcəf, Müsənna və Bəsrə kimi vilayətləri ələ keçirmək istəyir. İraqda bəzi siyasətçilər də Səudiyyə Ərəbistanının bu əməllərinə haqq qazandırmağa çalışırlar", - deyə Qeys əl-Xəzəli diqqətə çatdırıb.

O, qeyd edib ki, əsas məqsəd əslində bölgədə Səudiyyə Ərəbistanı əli ilə işğalçı İsrail rejiminin və ABŞ-ın maraqlarına xidmət etməkdir.

Mənbə: eastnews.org