Moldovada sabah prezident seçkiləri keçiriləcək

Moldovada sabah prezident seçkiləri keçiriləcək

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya ilə Qərb arasında mübarizənin davam etdiyi ölkədə keçiriləcək seçkilərdə hazırkı prezident İqor Dodon və keçmiş baş nazir Maya Sandunun adları önə çıxıb.

Ölkədəki seçkilər yeni tip koronavirus epidemiyasının kölgəsində və iqtisadi çətinliklər dövründə keçiriləcək.

Seçkilərdən sonra rəngli inqilab senarilərinin fəaliyyətə başlamasının mümkünlüyünə də toxunulan ölkədə Dodonun seçkilərdə qalib gələcəyi təqdirdə qərbyönümlülərin, Sandunun qalib gələcəyi təqdirdə isə rusiyapərəstlərin küçələrə çıxaraq etirazlara başlaya biləcəyi ifadə edilib.

Moldova hüdudlarında olan və birtərəfli müstəqilliyini elan edən "Dnestryanı" bölgəsinin bəzi yaşayış məntəqələrində də seçki qutuları qoyulacaq.

 

Mənbə: eastnews.org