Qobl: Azərbaycan ordusu bunu hiss edir və şansı qaçırmaq istəmir

Qobl: Azərbaycan ordusu bunu hiss edir və şansı qaçırmaq istəmir

Ermənistan tərəfi Azərbaycan şəhərlərini bombalamaqla rəsmi Bakını təxribata çəkib onu cavab tədbirləri görməyə, bununla da Rusiyanı münaqişəyə cəlb etmək məqsədini güdüb. Lakin bütün bunlar Azərbaycanın Dağlıq Qarabağdakı itirilmiş ərazilərini geri qaytarmaq həvəsini daha da artırdı.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu fikir ABŞ dövlət katibinin keçmiş müşaviri, politoloq Pol Qobl tərəfindən “Kavkazski uzel” saytına verdiyi müsahibədə səslənib.

Onun sözlərinə görə, Azərbaycanın cəbhə xəttindən uzaq rayonlarının dinc əhalisinə hücum etmək olduqca təhlükəlidir.

“İrəvan başa düşməlidir ki, bundan sonra Azərbaycan ikiqat güclə erməni qoşunlarının işğal olunmuş əraizlərdən çıxarmağa çalışacaq. Ermənistanın bu məslədə Moskvanı da cəlb etməyə çalışması öz mövqelərinin zəiflədiyini görməsindən irəli gəlir və onlar demək olar ki “va-bank”a gediblər”, – deyə amerikalı politoloq qeyd edib.

Xatırladaq ki,Pol Qobl 1992-ci ildə irəli sürlən məşhur “Qobl planı”nın da müəllifidir. Həmin layihəyə görə Azərbaycan Meğri yolunu açılması müqabilində Laçın dəhlizini Ermənistan verməli idi.

Lakin ABŞ eksperti indi şərtlərin tamamilə dəyişdiyini düşünür. İndi tərəflər daha müasir silahlarla, o cümlədən PUA-larla təchizatlanıblar.

“Azərbaycan ordusu olduqca hazırlıqlıdır və hər hansı “sponsorun” köməyi olmadan qarşısına qoyduğu vəzifənin öhdəsindən gələ biləcəyini düşünür. Ermənistanda isə hələ də Moskvadan mədət umulur və Rusiyanın Azərbaycanı aqressiv hərəkətlərdən çəkindirəcəyi güman edilir. Taktiki gedişlərə gəlincə, indi Azərbaycan Dağlıq Qarabağa doğru həm cənubdan, həm də şimaldan hərəkət edərək onu caynağına alır. Rəsmi Bakı bunun üçün yaxşı möhkəmləndirilmiş mövqelərini tərk edib irəliləməkdən çəkinmir. Bütün bunlar münaqişədə əsl yeni döngələr sayıla bilər”, – deyə Pol Qobl qeyd edib.

Amerikalı politoloq Azərbaycan ordusunun müvəffəqiyyətlərini sadəcə PUA-larla bağlamağın doğru olmadığını vurğulayıb:

“Şübhəsiz PUA-lar orduya çox kömək edir. Lakin bunlar uğurları izah etməyə yetərli deyil. Burada əsas amil Azərbaycan ordusunun zabit və əsgələrinin hazırlığı və onların əzmkar əhval-ruhiyyəsidir. Onlar hiss edirlər ki, Cənub Qafqazda qüvvələr nisbətini dəyişə bilərlə və bu şansı qaçırmaq istəmirlər”.

Mənbə: konkret.az