Partiya sədrindən Paşinyana MESAJ: “Problemin həllinin açarı Bakıdadır...”

Partiya sədrindən Paşinyana MESAJ: “Problemin həllinin açarı Bakıdadır...”

“Ermənistanın dövlət rəhbəri hərbi dəstək, döyüş əməliyyatlarının dayandırılması üçün növbəti dəfə Rusiya prezidentinə müraciət edib və rədd cavabı alıb. Paşinyan hərbi əməliyyatların dayandırılması üçün Vladimir Putinə yox, İlham Əliyevə müraciət etməlidir. Atəşkəsin şərtləri elan olunub”.

Cebhe.info xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Onun sözlərinə görə, indi bu vəziyyətdən ən düzgün çıxış yolu Azərbaycan tərəfin bu şərtlərinə əməl etmək, silahlı birləşmələri işğal edilmiş ərazilərdən çıxartmaqdır:

“Paşinyana mesajım:

Müharibənin taleyi həll olunub və nəticənin necə olacağı hər kəsə bəllidir. Bundan sonra müqavimətin davam etdirilməsi bu nəticəni dəyişdirməyəcək.

Hərbi, siyasi və milli mənafelər baxımından əhəmiyyətsiz olan bu müqavimətin davam etdirilməsi nəticəsində çoxsaylı insan tələfatına və iqtisadi potensialın məhv edilməsinə görə tarixi məsuliyyət Ermənistanın indiki hərbi-siyasi rəhbərliyinin üzərində qalacaq.

Problemin həllinin açarı Moskvada, Parisdə, Cenevrədə deyil... Bakıdadır...”

 

Mənbə: cebhe.info