Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı təxribat və müharibə cinayətləri ilə bağlı növbəti brifinq keçirilir.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, İqtisadi İslahatların Təhlili Mərkəzinin sədri Vüsal Qasımlı bildirib ki, Ermənistan sentyabrın 27-dən bəri Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atıb: “Bu məntəqələrə düşən mərmilərin sayı 27 308 ədəddir.
Goranboya 49, Füzuliyə 34, Bərdəyə 30, Gəncəyə 22, Tərtərə 18, Ağcabədiyə 14 raket atılıb. Ümumilikdə Azərbaycan yaşayışq məntəqələrinə 218 raket zərbəsi endirilib”.
Mənbə: qafqazinfo.az