“Düşünürəm ki, burda əsas məsələ Ərdoğanın “Qırmızı xətt” xəbərdarlığıdır...”

“Düşünürəm ki, burda əsas məsələ Ərdoğanın “Qırmızı xətt” xəbərdarlığıdır...”

“Çünki Paşinyanın çox böyük bir yalanı olan “Suriyalı döyüşçülərin Azərbaycana gətirilməsi fikrini” Makron, sonra da bəzi qüvvələr əllərində silah edərək müəyyən mənada üçüncü qüvvənin Azərbaycana daxil olması reallığını düşünməyə başladılar və bu reallıqda da Ərdoğanın “qırmızı xətt” məsələsi gündəmə gəldi”

Bunu Moderator.az-a açıqlamasında yazıçı, jurnalist Orxan Firkətoğlu deyib. O, kimin nə deməsindən asılı olmayaraq torpaqlarımızın hər bir qarışını işğaldan azad etməyimizin vacibliyini vurğulayıb:

“Rusiyanın Ermənistana cavabı birmənalı olaraq Azərbaycanın xeyrinədir. Qanun çərçivəsində necə tələb olunursa, Putin də onu deyib. O, söyləyib ki, Azərbaycanın ərazi çərçivəsində gedən proseslərə biz qoşula bilmərik. Bu sadəcə nizamnaməyə uyğun olan məsələdir. Amma düşünürəm ki, burda əsas məsələ Ərdoğanın “Qırmızı xətt” xəbərdarlığıdır. Çünki Paşinyanın çox böyük bir yalanı olan “Suriyalı döyüşçülərin Azərbaycana gətirilməsi fikrini” Makron, sonra da bəzi qüvvələr əllərində silah edərək müəyyən mənada üçüncü qüvvənin Azərbaycana daxil olması reallığını düşünməyə başladılar və bu reallıqda da Ərdoğanın “Qırmızı xətt” məsələsi gündəmə gəldi. Bu da o deməkdir ki, əgər hər hansı bir qüvvə münaqişə zonasına girərsə və yaxud bu haqda düşünərsə, onda Ərdoğan da Qarabağa Ermənistan tərəfindən gətirilmiş PKK terrorçularıyla mübarizə zəminində Qarabağa girmək haqqında düşünə bilər. Düşünürəm ki, hərb meydanında gedən burulğanda bu çox mühüm mesaj idi.

O ki, qaldı Azərbaycanın addımların, düşünürəm ki, ATƏT-in Minsk Qrupu, Birləşmiş Millətlər Təşkilatı əgər doğrudan da işlək mexanizmə malik qurumlar olsaydılar, 28 il ərzində nəyəsə nail olardıq. Hesab edirəm ki, Azərbaycanın işi haqq işidir, Rusiyanın, Amerikanın, Fransanın və ümumiyyətlə, bütün dünyanın nə deməyindən asılı olmayaraq biz ərazi bütövlüyümüzü mütləq təmin etməliyik. Lazım gələrsə, bütün Azərbaycan bu savaşa qatıla bilər. Torpaqlarımızın hər bir qarşını işğaldan azad etməliyik”.

 

 

 

Mənbə: moderator.az