Gürcüstanda seçkilərdə saxtalaşdırma halları baş verib - VİDEO

Gürcüstanda oktyabrın 31-də keçilən parlament seçkilərində saxtalaşdırma cəhdləri baş verib.

Cebhe.info-nun məlumatına görə, hakim “Gürcü Arzusu” partiyasının səsvermə prosesinə müdaxilə cəhdləri azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də müşahidə olunub.

Marneulidə seçki məntəqəsinin önündə dava düşüb. Məlumata görə, fiziki qarşıdurma Marneuli bələdiyyəsinin sədri Amiran Qiorqadzenin seçicilərə kimlərə səs verəcəkləri ilə bağlı göstəriş verməsindən sonra baş verib.

Qardabani rayonunun Qaracalar kəndində isə seçki komissiyasının üzvü məntəqəyə gələn vətəndaşa hansı namizədə səs verməli olduğunu göstərib. Bu, sosial şəbəkələrdə yayılmış videokadrlarda da aydın görünür.

 

 

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

COVID-19 xəstəliyinin yeni simptomu aşkarlandı

SONRAKI XƏBƏR

Vüsal Qasımlı: “Dövlət qurumları Ermənistanın Azərbaycana vurduğu zərərləri hesablayır”