Azərbaycan Ordusu bütün beynəlxalq normalara tam olaraq əməl edir - Anar Eyvazov

Azərbaycan Ordusu bütün beynəlxalq normalara tam olaraq əməl edir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

Onun sözlərinə görə, düşmən ağır itkilər verərək geri çəkilir. Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir:

"Təəssüf ki, düşmən elan olunan humanitar atəşkəslərdən sui-istifadə edərək mövqelərimizə hücum etməyə cəhd edir. Lakin itki verərək geri çəkiliblər".

A.Eyvazov vurğulayıb ki, düşmən döyüş meydanında Azərbaycan Ordusuna cavab verə bilmədiyinə görə, yaşayış məntəqələrimizi atəşə tutur.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Leyla Abdullayeva XİN rəhbərlərinin Cenevrə görüşündən danışdı: “Bundan sonra...”

SONRAKI XƏBƏR

“Vətən Müharibəsi Ali Baş Komandanımızın yüksək sərkərdəlik qabiliyyətini üzə çıxardı”