Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silahdan istifadə edilmir - Anar Eyvazov

Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silahdan istifadə edilmir - Anar Eyvazov

Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silahdan istifadə edilmir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

Onun sözlərinə görə, düşmən Xocavənd istiqamətində fosfor tərkibli maddələr gətirib: "Düşmən bu maddələrdən meşəlik ərazilərdə istifadə edərək yanğınlar törədərək öz bölmələrinin orada gizlənməsini təmin etmək istəyir".

Mənbə: az.trend.az