Qərb təhlilçiləri ağlasığmaz gümanlar qururlar - Erkin Qədirli

Qərb təhlilçiləri ağlasığmaz gümanlar qururlar - Erkin Qədirli

Qarabağ münaqişəsini uzun illər araşdırmış Qərb təhlilçilərinin bəziləri ordumuzun uğurları fonunda ağlasığmaz gümanlar qururlar. Elə gümanlardan biri, ordumuzun Dağlıq Qarabağa girmək haqqının olmamasıdır. Yəni, 7 rayonu döyüşlə geri almaq haqqımız var, amma Dağlıq Qarabağla bağlı elə bir haqqımız, guya ki, yoxdur.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Erkin Qədirli deyib.

Millət vəkili açıqlamasında qeyd edib ki, Qərb təhlilçilərinin bu düşüncəsi kökündən yanlış bir yanaşmadır: “Yanlış olduğunu həmin təhlilçilərin özləri də bilirlər. Sadəcə kimisi üzgörənlik edir, kimisi də qərəzlidir. Problem həm də ondadır ki, onlar bu yanaşmalarını BMT TŞ-nin qətnamələrinə istinadən əsaslandırmağa çalışırlar. Deyirlər ki, guya həmin qətnamələr Dağlıq Qarabağa aid oluna bilməzlər, ancaq 7 rayona. Bu da yanlışdır. Birinci qəbul olunmuş 822 saylı qətnamə yalnız Kəlbəcər rayonuna deyil, ondan öncə işğal olunmuş yerlərə də aiddir. Mətn yetərincə aydındır.

Ermənilər və onları dəstəkləyənlər bununla razılaşmaya bilərlər, amma bu, bizi dayandırmamalıdır. Hüquqi sənədlərin potensialından tam istifadə etməliyik”.

 

 

Mənbə: publika.az