Bizim hədəfimiz düşmənin legitim hərbi obyektləridir - Anar Eyvazov

"Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir.

Bu əməliyyatlar davam edəcək və bu əməliyyatları yekunlaşdırmaq üçün bir yol var ki, bütün torpaqlar işğaldfan azad edilsin və bizim ərazilərimizdə heç bir silahlı düşmən qalmasın".

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

"Bizim bütün əməliyyatlarımız yalnız əməliyyat sahəsi çərçivəsindədir. Bizim Ermənistan Respublikasında heç bir hədəfimiz yoxdur. Bizim bütün hədəflərimiz yalnız əlində silah olan düşmən bölmələridir və düşmənin legitim hərbi obyektləridir ki, biz bu obyektlərə qarşı havadan və qurudan əməliyyatlarımızı davam etdiririk", - A.Eyvazov əlavə edib.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Kəşf olunsa da, sirli qalan 7 Qədim Misir sivilizasiyası - FOTO

SONRAKI XƏBƏR

Mariya Zaxarova Paşinyanı məyus etdi: “Bu sonrakı məsələdir”