Hərbi ekspert ermənilərin Xocavəndə gətirdiyi fosfordan danışdı

Hərbi ekspert ermənilərin Xocavəndə gətirdiyi fosfordan danışdı

"Düşünürəm ki, Azərbaycan dövləti bununqarşısını almaq üçün tədbirlər görəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspertRamil Məmmədli Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ciatıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinəxeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatındandanışarkən deyib. Ekspertin sözlərinə görə, bu silah kimyəvi maddədir:

"Bunu istəlinən silahların döyüş başlıqlarınavə silahların tərkiblərinə də əlavə edirlər. Həddindən artıq ziyanlı və kimyəvitərkiblidir".

 

Ramil Məmmədli qeyd edib ki, Ermənistan ilk gündənqadağan olunmuş silahlardan istifadə edir:

"Ermənistan müharibə başlayan gündən beynəlxalqkonvensiyada qadağan olunmuş silahlardan, kasetli bombalardan Azərbaycanın dincsakinlərinə qarşı istifadə edir. Bu, birinci hal deyil. Cinayətkar Ermənistanhakimiyyəti müharibədə üstünlük qazanmaq üçün, yaxud da əks tərəfin mülkiinsanlarına ziyan vurmaq üçün bütün vasitələrdən istifadə edir".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi işğalaltında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayınınmüdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyibarədə kəşfiyyat məlumatı daxil olduğunu bildirib.

 

 

Mənbə: qaynarinfo.az