“Putin deyir ki, sizin əvəzinizdən  Qarabağ məsələsini həll edən deyiləm...”-Ter-Petrosyan

“Putin deyir ki, sizin əvəzinizdən  Qarabağ məsələsini həll edən deyiləm...”-Ter-Petrosyan

“Qarşıdurmalar birbaşa Ermənistan ərazisinə köçürülərsə, Rusiya İrəvana bütün lazımi yardımları verəcək...”

Xəbər verdiyimiz kimi, bu səhər işğalçı ölkə baş naziri N.Paşinyan Rusiya prezidenti V.Putinə məktub göndərib. Məktubda Rusiya liderindən Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardımın növü və həcmini müəyyənləşdirmək üçün məsləhətləşmələrə başlamaq xahiş olunur. Buna Rusiya Xarici İşlər Nazirliyindən cavab gəlib. Cavabdan aydın olur ki, Moskva növbəti dəfə Ermənistana hərbi yardım göstərməkdən bir daha imtina edib.

“Müqaviləyə uyğun olaraq qarşıdurmalar birbaşa Ermənistan ərazisinə köçürülərsə, Rusiya İrəvana bütün lazımi yardımları verəcək”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi şərhində belə deyilir.

Moderator.az xəbər verir ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Ilur.am saytında Rusiyadan gələn cavabı bu cür şərh edib:

“Nikol Vladimir Putinə bir məktub göndərdi. Putin buna Rusiya Xarici İşlər Nazirliyi vasitəsi ilə cavab verdi.

Putin, sadəcə, səmimi qəlbdən deyir ki, Ermənistanın təhlükəsizliyini təmin etməyə hazıram, amma sizin əvəzinizdən Qarabağ məsələsini həll edən deyiləm...”- deyə Ter-Petrosyan bildirib.

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

 

 

Mənbə: moderator.az