Erdoğandan 66 ölkəyə təşəkkür mesajı – Siyahıda Azərbaycan da var

Erdoğandan 66 ölkəyə təşəkkür mesajı – Siyahıda Azərbaycan da var

Ədalət və İnkişaf partiyasının Van şəhərindəki qurultayında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İzmirdə baş verən zəlzələnin nəticələri haqqında danışıb.

KONKRET.az xəbər verir ki, o, zəlzələnin fəsadları barədə söz açıb:

“Dünən İzmir zəlzələsində vəfat edən vətəndaşlarımıza Allahdan rəhmət, yaralananlara təcili şəfalar diləyirəm. 26 vəfatımız, 885 yaralımız var. Başda İzmir olmaqla zəlzələni hiss edən bütün şəhərlərimizə keçmiş olsun. Hadisənin ardından həmin dəqiqə İzmirə yollandıq. Yardım fəaliyyətləri əksiksiz yerinə yetirilir. Hadisə nəticəsində evləri dağılmış bütün vətəndaşlarımız ən qısa zamanda yeniləri ilə təmin olunacaq”.

Prezident, hadisə zamanı zəng edib kömək əli uzadan 66 ölkəyə də təşəkür etməyi unutmayıb. Öz Tvitter hesabında paylaşdığı mesajda “İzmir zəlzələsinə görə başsağlığı mesajlarını çatdıraraq kömək etməyə hazır olduqlarını söyləyən bütün dost ölkələrə təşəkkür edirəm. Türkiyə Cümhuriyyəti olaraq bütün qurumlarımızla sahədəki vətəndaşlarımızın yanındayıq, vəziyyət tam nəzarət altındadır. ‘’ sözlərini deyib.

Mənbə: konkret.az