“Krasnodar erməni respublikası” - Ermənilərin Rusiya ərazisində də separatizmi reallaşır…

“Krasnodar erməni respublikası” - Ermənilərin Rusiya ərazisində də separatizmi reallaşır…

Faiq Ələkbərli: “Ermənilər Krasnodarda separatizmə yol açan davranışlar həyata keçirmək istəyir və oranı münaqişə bölgəsinə çevirmək niyyətindədirlər”

Ermənilər Rusiyanı Krasnodarda separatizmlə təhdid edirlər. Belə ki, sosial şəbəkələrdə ermənilər Rusiyanı kütləvi şəkildə təhqir etməyə və hətta təhdid etməyə başlayblar.

Mətbuatda gedən məlumatlara görə, “Facebook”da ermənilər mübahisə doğuran iddialar irəli sürür, həmçinin də Rusiyanı bitərəflikdə və Azərbaycanla müharibədə Ermənistana kömək etməməkdə günahlandırırlar. Hətta ermənilər Rusiyanın onlara kömək etməyəcəyi təqdirdə Krasnodar bölgəsində separatizmi alovlandıracaqlarını və “Krasnodar erməni respublikası” təşkil edəcəklərini elan edirlər. Xatırladaq ki, son aylarda ruslar Krasnodarın Rusiyanın monoetnik bir erməni bölgəsinə çevrilə biləcəyindən narahatlıqlarını bildirirdilər.

Bundan əlavə, ermənilər yazırlar ki, mövcud Rusiya Federasiyası yalnız onların sayəsində mövcuddur və “Rusiya kimə məxsus olduğunu unutmamalıdır” iddialı mesajlarını da rus ictimaiyyətinə ünvanlayıblar.

“...Rusiyanı təhdid etməsinin kökündə onu bu yolla da olsa müharibəyə cəlb etməyə nail olmaq dayanır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli baki-xeber.com-a bidirdi ki, ermənilər hazırda müxtəlif taktikalara əl atırlar. “Çünki onlar bu günə qədər istədiklərini nə Rusiyadan, nə Rusiyanın başa çəkdiyi KTMT-dən, nə Avropa ölkələrindən, nə Fransadan, nə də ABŞ-dan ala bildilər. Düzdür, rəsmi olmasa da, bu və ya digər şəkildə Rusiya, Fransa, ABŞ Ermənistana dəstək verir. Ancaq onların verdiyi bu dəstək erməniləri qane etmir. Ermənilər istəyirlər ki, bu ölkələr Ermənistana gizli hərbi yardımlar, silah verməklə kifayətlənməsin, özləri də açıq şəkildə Ermənistan tərəfindən müharibədə iştirak etsinlər. Rusiyanın müharibəyə müdaxilə etməsinə nail olmaq üçün gah rus hərbçilərinin cəbhəyə gətirilməsini, gah da KTMT-ni ortaya atdılar. Ermənilər cəbhədə baş verənləri hətta xristian-müsəlman “qarşıdurması” kimi də qələmə vermək istədilər ki, guya söhbət burada xristianların öldürülməsindən gedir və sair. Amma din faktoru ilə heç nə edə bilmədilər, indi də separatizmi ortaya atırlar.

Hər halda, Rusiya Ermənistanı açıq şəkildə dəstəkləmədiyi üçün ermənilərin təhdidləri ilə üzləşib. Ermənilər Rusiyanın Krasnodar vilayətində aktivləşəcəklərini ortaya atırlar. Erməni separatçılarının Krasnodarda “erməni respublikası” elan edəcəkləri ilə bağlı Rusiyanı təhdid etmələrinin kökündə onu bu yolla da olsa müharibəyə cəlb etməyə nail olmaq dayanır. Burada ikibaşlı oyunlar gedir. Əslində, Ermənistanın özünün Rusiyanı separatizmlə hədələməyə cəsarəti yoxdur. Görünür, Krasnodarla bağlı ermənilərin səsləndirdikləri separatçı çağırışlar, hədələr Ermənistanın daxilindəki Rusiya əleyhinə olan qüvvələrin göstərişləri ilə baş verir. Ermənistandakı Rusiya əleyhdarı olan qüvvələr “Krasnodarda erməni dövləti yaradacağıq” iddiasını ortaya atmaqla Rusiyaya xəbərdarlıq edirlər ki, Ermənistana kömək etməsən, sənə problem yaradacağıq, yaxud Qərbin yanında yer alacağıq. Mənə elə gəlir ki, ermənilərin separatçı hədələrindən Rusiya müəyyən nəticə çıxarıb, indən sonra da çıxaracaq. Ermənilər Krasnodarda separatizmə yol açan davranışlar həyata keçirmək istəyir və oranı münaqişə bölgəsinə çevirmək niyyətindədirlər, bunun arxasında birbaşa Ermənistandakı Rusiya əleyhdarları dayanır. Ermənilərin Rusiyaya qarşı ərazi iddiaları və Rusiyanı separatizmlə təhdid etməsi Ermənistanın özünü daha acınacaqlı vəziyyətə gətirib çıxaracaq, Ermənistan daha böyük zərbələr alacaq”.

F.Ələkbərli hesab edir ki, ermənilərin Rusiyada özlərinə dövlət qurmaq niyyəti, Ermənistanın çöküşü, bu ölkədəki qarışıqlıqlar Azərbaycanın xeyrinədir. Uzun illərdir Azərbaycan erməni separatizmi, erməni işğalçılığı ilə bağlı danışır, deyir, onların həyasızlığını ifşa edir, amma Rusiya da daxil olmaqla, bunları görməzdən gələn dövlətlər var: “Ermənilərin bu gün Rusiyanı separatizmlə hədələməsi, bu ölkənin torpaqlarına iddia etməsi onu göstərir ki, düşmənin gözü yalnız Azərbaycan və Türkiyə torpaqlarında deyil, başqa ölkələrin də, elə onlara havadarlıq edən Rusiyanın da torpaqlarındadır. Bu gün Azərbaycanın haqlı olduğu bir daha sübut olunur. Ermənilərin iç üzünü biz yaxşı tanıyırıq, Rusiyanın da tanıması üçün onların bu ölkəyə qarşı iddiaları yetərlidir. İndi bütün dünya görür ki, erməni separatizmi din, milliyyət tanımır. Bu, sadəcə, bir erməni xisləti, erməni xəstəliyi və erməni həyasızlığıdır. Ermənilər harada məskunlaşırlarsa, dərhal orada muxtariyyətdən, “respublika”dan dəm vururlar” - deyə F.Ələkbərli qeyd etdi.

 

Mənbə: www.baki-xeber.com