Moskvanın rədd cavabı Ermənistanı məyus edib - "Biz KTMT-yə yox, Rusiyaya müraciət etmişdik..."

Moskvanın rədd cavabı Ermənistanı məyus edib - "Biz KTMT-yə yox, Rusiyaya müraciət etmişdik..."

Ermənistan hərbi yardım çağrışına Rusiyadan aldığı rədd cavabından məyud olub. "AzPolitika.info" xəbər verir ki, Moskvadakı erməni səfir Vardan Toqanyan "RİA Novosti" agentliyinə verdiyi açıqlamada İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yox, ikitərəfli razılaşmalar çərçivəsində təhlükəsizliklə bağlı məsləhətləşmələr üçün Rusiya Federasiyasına müraciət etdiyini deyib.

"Söhbət ikitərəfli razılaşmamıza əsasən Rusiya prezidentinə edilən müraciətdən gedir" -deyə, Toqanyan vurğulayıb.

KTMT-dən "RİA Novosti"-yə İrəvanın təşkilatdan kömək istəmədiyi bildirilib.

KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov hazırda təşkilatın katibliyinə erməni tərəfdən heç bir müraciət daxil olmadığını vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bu barədə "Rossiya 24" kanalına müsahibəsində bildirib ki, Ermənistanın Rusiyaya məsləhətləşmələr üçün müraciəti ilə bağlı bütün detallar əlavə olaraq müzakirə ediləcək.

O, nazirliyin bəyanatını xatırladaraq qeyd edib ki, müqaviləyə uyğun olaraq, qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, Rusiyan İrəvana bütün lazımi yardımları edəcək.

 

Mənbə: azpolitika.info