“Müharibənin prinsipial mərhələsi Şuşanın azad edilməsi ilə bitəcək” - PROQNOZ!

Azad İsazadə: “Bundan sonra Xankəndi və ətraf məntqələr ya təslim olmalı, ya da...”

Prezidentin köməkçisi,Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri HikmətHacıyev ermənilərin məqsədli şəkildə Şuşa meşələrində yanğınlar törətdiyinivurğulayıb:

“Ermənistansilahlı qüvvələri tərəfindən qəsdən Şuşa meşələrində yanğın törədilir. Ermənistanınməqsədi ekoloji terror vasitəsilə Azərbaycan silahlı qüvvələrinin istifadəetdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır.

Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadəetməsi istisna deyildir. AR Müdafiə nazirliyi kəşfiyyat məlumatlarına əsasənErmənistanın böyük həcmdə fosfor tərkibli yükü Xocavənd istiqamətinə gətirdiyibarədə məlumat vermişdi”.

Şuşa Azərbaycan ordusu tərəfindənazad edilərsə, bu, düşmənlərin psixologiyasına, əhval-ruhiyyəsinə necə təsirgöstərəcək? Şuşanın azad edilməsi hərbi-strateji baxımdan ordumuza hansıüstünlüklər qazandıracaq?

Moderator.az-a açıqlamaverən hərbi ekspert Azad İsazadə, Şuşanın strateji önəminin son dərəcədə mühümolduğunu vurğuladı. Ekspertin sözlərinə görə, Şuşanın azad edilməsi bütünmüharibənin taleyinə həlledici təsir göstərəcək:

“Şuşa azad olunarsa,bunun ermənilərə necə təsir edəcəyini anlamaq üçün 1992-ci ilə qayıtmaqlazımdır. Yada salmaq lazımdır ki, 1992-ci ildə Şuşanı itirməyimiz bizə necə təsiretmişdi. Insanlarımız arasında şok yaşanmışdı. Təxminən Şuşanı itirməkləri ermənilərədə belə təsir edəcək. Əsasən də Qarabağda yaşayan ermənilərə bu, daha ciddi təsirgöstərəcək.

Strateji baxımdan bu güno zonada ən yüksək yaşayış məntəqəsi Şuşadır. Şuşadan baxanda Laçın da, Xankəndidə dəfələrlə aşağıdadır. Şuşa Gorusdan Xankəndinə gedən yolun üstündədir. BizŞuşanı azad edəcəyimiz təqdirdə, strateji əhəmiyyətli yolu da bağlamışolacağıq. Eyni zamanda, Qarabağınsimvolunu işğaldan azad etmiş, hərbi-starteji baxımdan mühüm önəm kəsb edənyaşayış məntəqəsini götürmüş olacağıq. Şuşanın azad edilməsi faktiki olaraqmüharibənin sonu sayıla bilər. Təbii ki, ayrı-ayrı yerlərdə müəyyən müqavimətocaqlarının qalması mümkündür. Amma müharibənin prinsipial mərhələsi Şuşanınazad edilməsi ilə bitəcək. Bundan sonra Xankəndi özü ya mexaniki şəkildə təslimolmalı, ya da ermənilər ordan çıxmalıdır. Ətrafdakı digər yaşayış məntəqələriüçün də bu gediş məcburi olacaq”.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ kəşfiyyatından şok açıqlama: “Rusiya, İran və Çin..."

SONRAKI XƏBƏR

"Biz Türkiyə olaraq Ermənistanın beynəlxalq hüquq qarşısında cavab verməsini tələb edəcəyik"