Gürcüstanda parlament seçkilərində səsvermə başa çatıb

Gürcüstanda parlament seçkilərində səsvermə başa çatıb

Gürcüstanda 10-cu çağırış parlament seçkilərində səsvermə başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, səsvermə prosesi saat 20:00-da yekunlaşıb və seçki məntəqələrinin qapıları sayım üçün bağlanıb.

Seçkilərin ölkə üzrə ümumilikdə 3 657 məntəqədə keçirildiyi bildirilir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə saat 17:00-də ölkə üzrə seçici aktivliyi 45,77% təşkil edib (1,607,530 nəfər).

Qeyd edək ki, Gürcüstanın əsas müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın tərəfdarları Tbilisidə parlament binasının qarşısında mitinqə başlayıblar. Partiya liderlərinin burada öz tərəfdarlarına müraciət edəcəyi bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Mənbə: apa.az