Seperatçı general Arutyunyanın Şuşa söhbətini “yumağa” cəhd etdi: “Meşə yolu ilə yaxınlaşıblar”

Seperatçı general Arutyunyanın Şuşa söhbətini “yumağa” cəhd etdi: “Meşə yolu ilə yaxınlaşıblar”

1992-ci ildə Şuşanın işğalında iştirak etmiş erməni general Arkadi Ter-Tadevosyan Hraparak.am saytına müsahibə verib. O, müsahibəsində separatçıların rəhbəri Arkadi Arutunyanın “Azərbaycanlılar Şuşanın 5 kilometrliyindədir” açıqlamasına münasibət bildirib.

Cebhe.info xəbər verir ki, Ter-Tadevosyan Azərbaycan döyüşçülərinin Şuşaya meşə yolları ilə yaxınlaşdığını bildirib.

Müsahibədən aydın olur ki, generalın əsas vəzifəsi Arkadi Arutyunyanın sözlərinin Ermənistan cəmiyyətində yaratdığı təşvişi aradan qaldırmaqdır. Belə ki, o, "düşmənə ciddi zərbə vurulduğunu, əvvəlcə düşmənin bəzi mövqelərdə möhkəmləndiyini, ancaq sonra geri çəkildiyini və s" bildirməklə, cəmiyyətdəki təşvişi azaltmağa cəhd edib.

Müxbirin "Dünən Araik Arutyunyan narahatlığını bildirdi. Onun çıxışı gözlənilməz deyildimi? Biz həmişə deyirik ki, qələbə qazandıq, qələbə qazanacağıq, ancaq gözlənilmədən eşidirik ki, düşmən Şuşanın 5 kilometrliyindədir" sualına cavabında "Araik Arutyunyan bunu bəyan edəndə xalqda müəyyən həyəcan yarandı. Onlar Şuşanın yaxınlığında deyil. Bəli, ayrı-ayrı qruplar Şuşaya yaxınlaşmışdı, ancaq güclü zərbə aldılar" deməklə təşvişi azaltmağa cəhd edib.

Separatçı general bildirib ki, hava zərbələrindən qorunmaq üçün xüsusi hərbi texnika lazımdır, ancaq görünən odur ki, Ermənistanın bu texnikası yoxdur.

Müxbirin "Biz indi strateji partnoyrlarımızdan müqavilə çərçivəsində nə tələb edə bilərik?" sualına separatçı general "Afərin! Bu sualı diplomatlara verin. Biz indi ordumuza hərtərfli kömək edirk, istəyirik ki, ordumuz qələbə qazansın",- deyə qəzəbli cavab verib.

Mənbə: cebhe.info