“Biz onlara hərb meydanında, döyüş meydanında, səngərdə cavab veririk..."

“Biz onlara hərb meydanında, döyüş meydanında, səngərdə cavab veririk..."

İkinci Qarabağ Savaşı, İkinci Vətən Müharibəsi başlayandan bu yana erməni faşistləri, vandalları 91 vətəndaşımızı qətlə yetirib, 404 insanımızı yaralayıb, onlara ciddi xəsarətlər yetirib. Dağıdılan evlərin-eşiklərin sayı hesabı yoxdur. Həlak olan, qətlə yetirilən, yaralanan insanlarımızın arasında da qadınlar, uşaqlar, körpələr, qocalar var, çoxluq təşkil edirlər. Bunlar faşist Ermənistanın, erməni barbarlarının Azərbaycan xalqına qarşı, bütövlükdə insanlıq əleyhinə yönəlmiş müharibə çinayətləridir. Bunlar ermənilərin barbar simasının iç üzüdür.

Bunu bir az öncə ATV-də çıxışı zamanı millət vəkili Jalə Əliyeva deyib.

Qeyd edib ki, faşist ermənilərdən və terrorist Ermənistandan fərqli olaraq, bizim, Azərbaycan Ordusunun hədəfi mülki, dinc insanlar deyil.

“Biz onlara hərb meydanında, döyüş meydanında, səngərdə cavab veririk. Ancaq onlar öz iç üzlərinə, mahiyyətlərinə uyğun olaraq bizim mülki, dinc, günahsız, müharibə, cəbhə zonasından çox-çox uzaqlarda olan insanlarımızı qadağan olunmuş silahlarla, raketlərlə atəşə tutur, hədəf alır, öldürür, qətlə yetirir, yaralayır.

Artıq İkinci Vətən Müharibəsinin 35-ci günüdür. Bu müddət ərzində əgər ermənilərin bizimlə döyüşmək qabiliyyəti, gücü, əzmi olsaydı, mülki, dinc insanları hədəf götürməzdilər. Onların döyüş , hərb meydanında cavab vermək gücü, bacarığı olmadığı üçün məhz bu cür insanlıq əliyehinə müharibə cinayətlərinə əl atırlar. Onların gücü, qüdrəti olsaydı, şəhərlərimizi, kəndlərimizi, yaşayış məntəqələrimizi, mülki, dinc insanlarımızı atəş zərbələrinə məruz qoymazdılar.

İkinci Dünya Müharibəsindən, Stalinqrad şəhərindən sonra hazırda Tərtər şəhəri, Tərtərin kəndləri ən çox atəşə, top, raket mərmilərinə, dağıntılara məruz qalan şəhərdir. Bunlar insanlıq suçu, müharibə cinayətləridir. Həmçinin, Gəncənin, Bərdənin, Xızının, Siyəzənin, Mingəçevirin, Qəbələnin, Goranboyun raket zərbələrinə məruz qoyulması, dinc insanların hədəf götütülməsi onların gücsüzlüyü, zəifliyi, döyüşdə cavab verə bilməməsinin göstəricisidir. Üç dəfə özləri yalvar-yaxar edib, əl-ayağa düşüb atəşkəs istəyiblər. Hər üçündə də atəşkəsi elə birinci özləri pozublar. Bu, bir daha onların barbar, vandal mahiyyətlərinin, mənəvi cəhətdən zəifliklərinin, əslində dəyərsizliklərinin əyani göstəricidir.

Təbii ki, gücsüzdürlər, zəifdirlər. Ancaq Azərbaycan Ordusu güclüdür, qüdrətlidir, əzmlidir, müharibəni də müharibə qanunlarına uyğun olaraq aparır. Hər gün əldə edilən qələbələr, uğurlar bir daha Azərbaycan Ordusunun döyüş qabiliyyətini və əzmini göstərir. Ali Baş Komandan cənab İlham Əliyev rəhbərlik etdiyi müzəffər Azərbaycan Ordusu hər gün düşmənə, onun havadarlarına sözün əsl mənasında dərs verir, onları acı məğlubiyyətə uğradır. Ona görə də Ali Baş Komandana bir daha minnətdarlıq edir, “var olsun”-deyirik, müzəffər Ordumuza “var olsun”-deyirik. Onlara borcluyuq, onlara minnətdarıq”.

Millət vəkili eyni zamanda, Türkiyədə baş vermiş təbii fəlakətlə, zəlzələ ilə bağlı qardaş Türk xalqına, Türkiyə dövlətinə “keçmiş olsun” deyib, yaralılara şəfa diləyib.

Həmçinin, sözlərinə əlavə edib ki, bu gün həm Türkiyə, həm Azərbaycan nəinki yerləşdikləri bölgənin, coğrafiyanın lider dövlətləridir, həm də dünyanın əsas söz və nüfuz sahibi olan ölkələridir.

“Elə düşmənlərimizi qıcıqlandıran, qəzəbləndirən də budur. Onlar bizim-qardaş Türkiyə ilə Azərbaycanın gücünü, inkişafını, lideliyini həzm və qəbul edə bilmirlər…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Millət vəkili çıxışında bir daha dünya birliyini, beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları baş verənlər, erməni terrorizmi və vandalizmi qarşısında susmamağa, səssiz qalmamağa, erməniləri və Ermənistanı insanlıq əliyhinə cinayətlərdən, işğaldan çəkindirməyə çağırıb.

Mənbə: moderator.az