Əli bəy Hüseynzadə ermənilər haqqında

Əli bəy Hüseynzadə ermənilər haqqında

Dövrünün tanınmış ictimai-siyasixadimlərindən olan Kərkükdən tutmuş Parisə qədər, Qahirədən Peterburqa kimigeniş bir ərazidə tanınmış Azərbaycanın fikir adamı, görkəmli mütəfəkkiri Əli bəyHüseynzadə XX əsrin əvvəllərində öz yaradıcılığında erməni şovinizm və vəhşiliyihaqqında heyrətamiz fikirlər söyləmişdir. Əli bəy Hüseynzadə erməni-türk qarşılıqlımünasibətlərində ermənilərin şovinizmi, dini, irqi, həm fiziki, həm də mənəvi terroru,ikiüzlü, saxta, məkrli niyyətlərinin elmi şərhini və təhlilini vermişdir. Əsrinəvvəllərində “erməni hadisələri”ni dərindən incələyərək təhlil edən Əli bəyHüseynzadənin söylədiyi fikirlər günümüzdəerməni xislətini, erməni işğallarını və erməni terrorunu anlamaq üçün ən yaxşıaçardır.

1905-ci il 17 iyun “Həyat”qəzetində Əli bəy Hüseynzadə ermənilərin törətdiyi bu bəşəri cinayətlərə rusziyalısının göstərdiyi laqeydliyə biganə qala bilmir və yazır: “... Badkubədənvə Naxçıvandan yazanda da rusun mətbuatı ermənidən fərqlənmir, belə ki, “ermənimətbuatının müsəlmanlar barəsində qərəz və böhtanları” həmən rus mətbuatınasirayət edib də, axırda xəcalət və peşmançılığa səbəb oldu. Çünki heç bir riyavə məkr sona qədər çuvalda gizli qalmır. Axır ki, həqiqət və vicdan duyğusu özişini görüb, “çox təcrübələrdən sonra həmməzhəblik və xristianlıq” yuxusundanoyanan rusa yəqin olub ki, bəzi adını İsavi qoyanlarda heç İsa sifəti olmayıb,ancaq isaviliyi də bir mal kimi bazarlarda satırlar”.

O, “Tazə həyat” qəzetinin1907-ci il №20-22 ci nömrələrində nəşr etdirdiyi “Panislamizm məsələsi və ermənilər” adlı məqaləsində göstərir ki, ermənilər bilərəkdən panislamizmiqabardır və öz mənafelərinə uyğun yararlanmağa çalışırlar. Necə bu gün dünyaya car çəkirlər ki, biz burdaxristian, müsəlman savaşı aparırıq. Xristianlar bunun üçün bizə kömək etməyə borcludur. Ermənilər hələ də yüz ilbundan əvvəlki nağılları təkrar etməkdən yorulmurlar.

Hələ 1919-cu ildəDaşnakstyun partiyasının İrəvanda keçirilən 9-cu qurultayında yaradılmışNemezis terror təşkilatının ideoloqu olan Şahan Natali AXC-nin tanınmış şəxslərindənF.X Xoyski, B.X.Cavanşir və b. qarşı terror aktlarının ideoloqu və iştirakçısıolmuşdur. O, 1928-ci ildə Ter Akopyanla “Türkçülük. Ankaradan Bakıya türkistiqamətləndirilməsi” adlı məqaləsində Əli bəy Hüseynzadənin Turançılıqideologiyasından vahimələnərək, bunu pantürkizm kimi qələmə vermişdir. ErmənilərinAvropada, Amerikada pantürkizmi əleyhinə çıxışlar təşkil etməyə çağırmışdı. Həttabu şəxs 1970- ci illərdə Sovet İttifaqı ərazisində ermənilərin silahlanmasıideyasını irəli sürmüşdür. 1983-cü ildə cəhənnəmlik olan dünyaca məşhur buterrorçu çox güman ki, 1988-ci ildə ortaya atılmış Qarabağ problemininyaranmasının ideoloqlarından biri olmuşdur.

O, dövrdə Əli bəyHüseynzadə ermənilərin fəaliyyəti haqqında yazırdı: Pişik öz pisliyini torpaqlaörtüyü kimi, bunlarda öz qüsurlarını, öz vəhşiliklərini söz tufanı içində gizləyib,bizim kiçik qəbahətimizi böyüdərək təqdim edirlər. Özlərini haqlı, məsum birquzu kimi, bizi isə bunu əksinə vəhşi kimi təqdim etməyə çalışırlar. Bunu qəzetlərlə,teleqraflarla, ajanlarla (təbliğatçılarla) Avropanın bir ucundan digər ucuna, həttaAmerika və Avstraliyaya qədər yayaraq fəryad edirlər.

Əli bəy yazırdı: Miilətlərinbir qismi yolun ortasında getdikləri və ya nəhayətinə yetişdikləri halda, digərlərio yolu başladar!.. Bu bir qanuni-təbiyyətdir ki, adına “evolyusiya”, təkamülqanunu deyərlər. Biz də bu yol ilə gedirik, məqsədimiz, amalımız ittihad,ittifaq, ictimai, maarif, sənaye, ticarət və sairə qüvvətlər ilə insanlara qismətolan səadətə nail olmaqdır. Menşikov, Mağda, Neman, Çirevanski, “Mşaq”, “Arşalyus”və sairə kimi divlər, ifritələr arxadan, sağdan, soldan istədikləri qədərçığır- bağır etsinlər, biz qorxub geri baxanlardan deyilik.

Dahi mütəfəkkir “Həyat” qəzetinin 9 aprel 1906-cı il 77 - ci nömrəsində ermənilərinəzərdə tutaraq yazırdı: “Bu gün bu qədərelm və maariflərlə, sərvət və samanınızla bərabər deyil ümum insani, həttabir-iki qonşularımızı belə razı sala biləcək içinizdən bir fərd yetişmədi!..İçinizdən nə bir Əbu Əli Sina, nə bir Mollayi Rumi, nə bir Uluq bəy göstərəbilmərsiz! İki min illik saxta tarixiniziqarışdırsanız, yenə də göstərə bilmərsiz! Əflatunlar, Ərəstunlar, Homerlər yetişdirənyunanlara, Musalar, Spinozalar, Heynelər, Lassallar yetişdirən yəhudilərə heçbir vəchlə aidiyyətiniz yoxdur!.. Yüksəlmədikcə, əxlaqınızı təthir etmədikcə, şovinistmilliyyətçiliyi beyninizdən çıxarıb atmadıqca, ümumi bəşəriyyətə, insaniyyətəİsalar, Məhəmmədlər, Buddalara bir nəzərlə baxmadıqca müşabihdə olammazsız, birvirteyi-həlakə düşüb gedərsiniz!..

Bir əsr keçməsinəbaxmayaraq hələ də ermənilər on doqquzuncu əsrin eyforiyası ilə yaşamaqda davamedirlər. Qarabağı 30 ildir işğalda saxlayan bu manqurdlara Azərbaycan rəhbərliyitərəfindən dəfələrlə sülh təklif olunsa da, bunlar öz məkrli niyyətlərindən əlçəkmədilər. Əksinə Azərbaycanı məcbur etdilər ki, Azərbaycan Ordusu bu erməniterroristləri Qarabağdan zor gücünə çıxarsın. Necəki, bu gün çıxarır!

Əli bəy Hüseynzadə kimiböyük dahilərimiz bir əsr sonranı görərək erməniləri başa salmaq istəyib ki, eynaqis və terrorçu erməni siyasətbazları, heç vaxt dünyada imperiyalar quran,böyük mədəniyyət yaradan böyük xalqlara bənzəməzsiniz! Bu xəyallarla məhv olubgedəcəksiniz!

Mənbə: moderator.az