Kişilərə görə utanan erməni qadınları: “Divandan qalxın, azərbaycanlılar Şuşanın qapısı ağzındadır”

Kişilərə görə utanan erməni qadınları: “Divandan qalxın, azərbaycanlılar Şuşanın qapısı ağzındadır”

Ermənistanda kişilərin Qarabağ döyüşlərindən yayınması, onların əvəzində qadınların ön cəbhəyə yola düşəcəklərini bəyan etməsi ciddi narazılıq və narahatlıqla qarşılanıb.

Cebhe.info xəbər verir ki, erməni mətbuatı ön cəbhəyə gedən qadınlarla fəxr etdiklərini, döyüşdən yayınan kişilərə gör isə utanc hissi keçirdiklərini yazıb.

"Armenianreport"da yer alan məqalə məhz belə adlanır: "Qadınlara görə fəxr edir, kişilərə görə utanırıq".

Baş nazir Paşinyanın arvadı Anna Akopyanın qadınlardan ibarət silahlı dəstə yaradaraq Qarabağda ön cəbhəyə yollanacağına dair bəyanatına münasibt bildirən məqalə müəllifi bunu erməni kişilərinin etməli olduğuna diqqət çəkib. Kişilərə müraciətlə " Ey, kişilər, haradasınız?" deyə yazıb.

Məqalədə bildirilib ki, rüşvət verərək hərbi xidmətdən yayınanlar, koronavirus pandemiyasına görə sərhədlərin bağlı olmasına baxmayaraq, ölkədən qaçmağa cəhd edənlər, bunun qarşısının alınması üçün müəyyən yaşdakı kişilərə ölkəni tərk etmək qadağasının qoyulması, hətta döyüşdən yayınmaq üçün rüşvət müqabilində özünə koronavirus diaqnozu qoyduranlar da var: “Özünü kişi sayanlara müraciət edirəm. Oturduğunuz divandan qalxın, erməniliyi müdafiə etmək üçün gedin. Düşmən Şuşanın qapısı ağzındadır. Şuşa təslim olarsa, Qarabağ da təslim olacaq, Qarabağ təslim olarsa, Ermənistan təslim olacaq. İlham Əliyevin bir sözünü unutmayın: “Ermənistan türklərin torpağında qurulub". Döyüşün, kişilər, biz qadınlar isə sizi sədaqətlə evdə gözləyərik. Bəzi qadınlar da döyüşə gedər, ancaq razılaşın ki, bu, qadın işi deyil. Xüsusən də düşmən son müasir silahlarla döyüşürsə".
Xəzər
Cebhe.info

 

Mənbə: cebhe.info