“Bu belə deyil” - Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü

Tənqidlərin qarşısında davam gətirə bilməyən Fransa prezidenti Emmanuel Makron C.Hebdonun karikaturlarını dəstəkləmədiklərini bildirib.

Moderator.az xəbər verir ki, Həzrəti Məhəmmədə qarşı təhqiramiz karikaturları ifadə azadlığı kimi xakterizə edən Makron, bu addımından geri çəkilib. Makron bu karikaturaları dəstəkləmədiyini söyləyib.

Qeyd edək ki, Makronun İslamı hədəf alan sözləri və C.Hebdonun karikaturları İslam dünyasında böyük narazılıqla qarşılanıb. Makronun skandal açıqlamasının ardından bir çox müsəlman ölkəsində Fransa məhsullarına qarşı boykot kampaniyasına başlanıldı. Müsəlmanlar isə küçələrə çıxaraq Makrona qarşı etirazlarını bildiriblər.

Makron açıqlamasında “Müsəlmanların bu karikaturalara qarşı hisslərini başa düşürəm. Biz bunu dəstəkləmirik. Mənim bunun arxasında olduğumu dedilər, amma bu belə deyil” - deyə o bildirib.

Vasif Əlihüseyn

 

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Saakaşvili Gürcüstanın baş naziri olmaq istəmir

SONRAKI XƏBƏR

Tədqiqatçılardan yeni pandemiya PROQNOZLARI - Daha çox insanın həyatına son qoyacaq