İşğaldan azad olunan ərazilər necə idarə ediləcək? - Müvəqqəti komendantlar

İşğaldan azad olunan ərazilər necə idarə ediləcək? - Müvəqqəti komendantlar

Bildiyimiz kimi, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılacaq.

Hərbi ekspert Ramil Məmmədli Redaktor.az-a açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərə sakinlər köçürülmədən öncə müvafiq tədbirlərin görülməsi mütləqdir:

“Bu mövzuda fərman imzalanması çox düzgün bir addım oldu. İşğaldan azad olunan ərazilər 30 ilə yaxındır düşmən tapdağında idi. Həmin ərazilərdə istər yaşayış, istərsə də yol infrastrukturunun necə olması bizə bəlli deyil. Bu səbəbdən imzalanmış fərman çərçivəsində aidiyyatı qurumlar tərəfindən bir sıra məsələlər nəzarətə götürələcək. Həmin ərazilərə mülki əhalini köçürmədən öncə minaların təmizlənməsi vacib amildir.

Hərbi komendantlıq ilk növbədə təhlükəsizliyin qorunması, daha sonra isə ərazilərdə təmizlik işlərinin aparılması üçün düşünülən əlverişli plandır”.

Şəfəq Samed Redaktor.az

 

Mənbə: redaktor.az