Rəcəb Tayyib Ərdoğan: İndiyə qədər 37 ölü və 885 yaralımız var

Rəcəb Tayyib Ərdoğan: İndiyə qədər 37 ölü və 885 yaralımız var

R.T.Ərdoğan zəlzələ bölgəsində araşdırmalar aparmaq üçün gəldiyi İzmirdəki AFAD Koordinasiya Mərkəzində konfrans keçirir.

REAL-ın Türkiyə Bürosunun verdiyi məlumata görə, Prezident Ərdoğan burada səlahiyyətli şəxslər tərəfindən hadisə ilə bağlı məlumatlandırılıb. İclasda TBMM sədri Mustafa Şentop, prezidentin köməkçisi Fuat Oktay və zəlzələ bölgəsindəki nazirlər də iştirak etdilər.

Prezident Ərdoğan açıqlamasında "İndiyədək 37 ölüm və 885 yaralı var. Dağıntıdan qurtarılan vətəndaşlarımızın sayı 103-dür." - deyib.

Həmçinin Ərdoğan mətbuat konfransında bunları qeyd edib: "Bölgəyə 35 səyyar baza stansiyası göndərilib və onlardan 25-i burada quraşdırılıb. Bu məsələdə heç bir problem yoxdur"

Prezident Ərdoğan, bu günə qədər zəlzələ bölgəsinə 24 milyon lirə müavinət göndərildiyini və bunun ehtiyaca uyğun olaraq yardımların davam edəcəyini söyləyib.

Ərdoğan həmçinin qeyd edib ki, dağıntıların təmizlənməsinin ardından inşaat işlərinə başlanacaq, evləri dağılanlar üçün sürətlə yeni evlər inşa ediləcək.

Türkiyə prezidenti bölgədə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı da danışıb: "Bir həftə sonra Təhsil Nazirliyi lazımi qiymətləndirməni edəcək və ehtiyac olduğu təqdirdə təhsil müəssisələrində fəaliyyət dayanacaq, ehtiyac olmadığı söylənərsə təhsil davam edəcək. Vətəndaşlarımız "yataqxanalarda qala bilərik' desələr, onları burada yerləşdirmə imkanımız var. Burada heç bir problem yoxdur."

Ərdoğan həmçinin dünyanın 88 ölkəsindən başsağlığı zəngləri gəldiyini və hamısına özü və milləti adından təşəkkür etdiyini bildirib.

 

Mənbə: www.realtv.az