Ərdoğanın qırmızı xətti: Türkiyə müharibəyə qoşulur? - AÇIQLAMA

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğdan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında “qırmızı xətt keçilərsə, inciməsinlər, atamızın oğlu da olsa gözümüz görməz” sözləri qardaş ölkənin sona qədər Azərbaycanın yanında olacağının növbəti dəfə ifadəsidir".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, bu, ermənilərə dəstək verən digər ölkələrə də çox ciddi bir mesajdır:

“Həmçinin, Türkiyə Prezidenti rusiyalı həmkarına 2 min nəfər terrorçunun müəyyən məbləğ qarşılığında Ermənistan tərəfindən Azərbaycana qarşı vuruşması ilə bağlı kəşfiyyat məlumatlarına malik olduqlarını bildirib. O, bununla da məsələyə seyrçi qalmayacağını dilə gətirməklə həm Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönəlik fəaliyyətin, həm də terrorçuların regionda mövcudluğunun Türkiyə üçün qırmızı xətt olduğunu xüsusi olaraq qeyd edib. Bu, əslində elə qırmızı xətt keçilərsə, Türkiyənin daha aktiv şəkildə müharibəyə qatılacağı deməkdir. Hər halda, iki prezidentin telefon danışığını faydalı və Azərbaycanın xeyrinə hesab edirəm”.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu - ÖZƏL

SONRAKI XƏBƏR

Avropanın daha bir ölkəsində karantin elan edildi