İşğaldan azad olunan rayonlarda məntəqələr quruldu - Foto

İşğaldan azad olunan rayonlarda məntəqələr quruldu - Foto

Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanın işğalından azad olunan İranla sərhəddə məntəqələr qurub.

Axar.az xəbər verir ki, Cəbrayıl və Zəngilan rayonlarında yerləşən Soltanlı, Xələfli, Xudafərin və Qumlaq məntəqələrinə Azərbaycanın üçrəngli bayrağı sancılıb. Dövlət Sərhəd Xidmətinin əsgərləri burada xidmətə başlayıb.

Qeyd edək ki, Azərbaycan Ordusu 132 kilometr uzunluğundakı sərhəd xəttinin nəzarətini 22 oktybarda ələ keçirmişdi.

Sərhəd xəttinin işğaldan azad edilməsini elan edən Prezident İlham Əliyev Azərbaycan xalqı ilə yanaşı, İran xalqını da təbrik etmişdi.

Mənbə: axar.az