ABŞ MÜŞAVİRİNİN DAĞLIQ QARABAĞDA SKANDİNAV SÜLHMƏRAMLILAR AÇIQLAMASI –İsveç XİN-dən bəyanat

“İsveç əsgərləri Dağlıq Qarabağ münaqişəsində sülhməramlı əməliyyat üçün uyğun ola bilər”.

Strateq.az “Nordnews – The Nordik Daily”-yə istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri bildirib.

Robert O`Brayen Skandinaviya hökumətləri ilə davam edən danışıqlara istinad edib.

“Hər iki tərəfin də Skandinaviya sülhməramlı qüvvələrini qəbul edə biləcəyinə inanırıq və regionda yerləşdirilə biləcək sülhməramlı qüvvəni bir araya gətirmək üçün Skandinaviya hökumətləri ilə danışıqlar aparırıq”, – deyə Los-Ancelesdə ABŞ erməni icmasının liderləri ilə görüşdə O`Brayen vurğulayıb.

O’Brien bildirib ki, Dağlıq Qarabağdakı mürəkkəb vəziyyət neytral sülhməramlı qüvvələr tələb edir.

Donald Trampın müşaviri qeyd edib: “Danimarka, İsveç, Norveç və Finlandiya əsgərləri yaxşı hazırlıqlı və döyüş qabiliyyətlidirlər. Onlar hər iki tərəfdə razılıqla qarşılana bilərlər. Buna görə də, bu hökumətlərlə gələcək atəşkəsə daha çox ağırlıq verə biləcək silahlı müşahidəçi qüvvəsi toplamaq üzərində işləyirik”.

İsveç Xarici İşlər Nazirliyi yazılı şərhində bu günə qədər barışıq qüvvəsinə qatqı təmin etmək üçün rəsmi müraciət almadığını və belə bir əməliyyatda iştiraka dair qərar verilmədiyini açıqlayıb.

Strateq.az

ƏVVƏLKİ XƏBƏR

Arçrun Ovannisyan etiraf etdi: “Azərbaycan mərkəzdə mövqelərini yaxşılaşdırdı”

SONRAKI XƏBƏR

Koronavirusa ən çox D vitamini çatışmazlığı olanlar yoluxur