Makrona skandal Qarabağ çağırışı – Fransa yenə həddini aşdı

Makrona skandal Qarabağ çağırışı – Fransa yenə həddini aşdı

Fransa parlamentinin 40 deputatı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki terrorçu rejimin “müstəqilliyini” tanımağa çağırıb.

Teleqraf.com xəbər verir ki, ermənipərəst deputatlar belə bir müraciətlə Fransa Prezidenti Emmanuel Makrona müraciət ediblər.

Bundan əvvəl, terrorçu rejimin tanınması ilə bağlı bir “qanun layihəsi”nin artıq Fransa Məclisinə təqdim edildiyi bildirilmişdi. Deputatların çağırışına cavab verən Fransa Xarici işlər naziri Jan-İv Lö Dryan isə ölkəsinin vasitəçi qismində Dağlıq Qarabağ münaqişəsində qərəzsiz qalmalı olduğunu bildirirək, bu çağırışları rədd etmişdi.

“Əgər biz indi Ermənistanın tərəfini tutsaq, balanslaşdırılmamış mövqe göstərsək, onda Azərbaycanla ikitərəfli əlaqələrimizin keyfiyyətinə xələl gətirər, eləcə də Minsk Qrupu çərçivəsindəki rolumuza və böhran içində olan tərəflərə təsirimizi itirərik”,- Dryan bildirmişdi.

 

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Mənbə: teleqraf.com