Bayden Pensilvaniyada 20,000 səs fərqi ilə öndə olduğu üçün seçkinin qalibi olduğuna əmindir

Bayden Pensilvaniyada 20,000 səs fərqi ilə öndə olduğu üçün seçkinin qalibi olduğuna əmindir

ABŞ-ın Pensilvaniya ştatında Demokrat namizəd Co Baydenin ABŞ prezidenti üzərindəki səs üstünlüyü cümə günü gecə saatlarında 5,000-dən 29,000-ə qədər artıb.

Bayden Corciya ştatında da 4000-dən çox səslə öndədir. O həmçinin Arizona və Nevada ştatlarında da açıq çəkildə üstünləyə sahibdir. Amma hələ ki, ştatlarda rəsmi olaraq qalib açıqlanmayıb.

Cümə günü Pensilvaniyada qalib olacağına dair spekulyasiların dolaşdığı bir vaxt tərəfdarları önündə çıxış edən Bayden qələbəsini elan etməyib.

Co Bayden və Kamala Harris

Əgər Bayden Pensilvaniyada qalib gəlsə, onun elektorak səsləri 273-ə çatacaq. Tramp isə hazırda 214 elektoral səsə sahibdir.

ABŞ-ın deolayı demokratiya sistemində insanların səsləri hər ştatda həmin ştatın əhalisinə müvafiq olaraq təyin olunan rəsmi elektorları müəyyən etmək üçün istifadə olunur.

Baydenin Pensilvaniyada qələbəsi həmçinin Trampın ümumi seçkidə qalib gəlməsinin qarşısını alacaq.

Tramp səslərin hələ tam hesablanmayan iki ştatda, Şimali Karolina və Alaskada, üstünlüyə sahibdir. Tramp Pensilvaniyanı qazanmasa, səslərin tam hesablanmadığı digər ştatlarda qalib olunsa belə Baydenin önünə keçə bilməz.

Bayden ümummilli seçkidə Trampdan 4 milyon daha çox səs əldə edib. Baydenə 74 milyondan çox, Trampa isə 69 milyon insan səs verib. Ümumilikdə isə səsvermədə 150 milyon insan iştirak edib ki, bu da ABŞ tarixində ən yüksək göstəricidir.

Tramp cümə günü Twitter-də Baydenə qələbəsini elan etməmək barədə xəbərdarlıq edib.

“Co Bayden yanlış olaraq prezidentlik vəzifəsinə seçildiyini iddia etməməlidir. Mən də bunu iddia edə bilərəm. Hüquqi proseslər hələ yeni başlayır,” o yazıb.

Tramp özü seçki gecəsində etdiyi çıxışında qələbə çaldığını iddia edib.

Trampın kampaniyası bir neçə ştatda hesablanan səslərlə bağlı iddia qaldırıb və cümə günü yaydığı bəyanatda “bu seçki hələ bitməyib” deyib. Kampaniya bildirir ki, prezident səslərin yaxın olduğu ştatlarında səslərin təkrar hesablanması və əsassız seçki saxtakarlığı və qanunsuzluqlarla bağlı məhkəmə iddiaları nəticəsində qalib gələcək.

Corciya ştatının katibi Brad Raffensperger cümə günü ştatda səslərin təkrar hesablanacağını bildirib, çünki Baydenin səs üstünlüyü 0.5 faizdən azdır. Corciya rəsmiləri hərbi qulluqcular və xaricdə yaşayan vətəndaşlardan gələn 9,000 bülletenin hələ ki,hesablanmadığını bildirib və deyib ki, əgər onlar çərşənbə axşamından öncə göndərilib, cümə gününə qədər çatdırılsa səslərə əlavə olunacaqlar.

Tramp kampaniyası həmçinin Baydenin 20,000-dən çox səslə öncə gəldiyi Viskonsin ştatında da səslərin təkrar hesablanmasına çağırıb.

Tramp dəlil olmadan cümə axşamı Demokratları onun yenidən prezident seçilməsinin qarşısını almaq üçün kütləvi fırıldağa və pozuntulara əl atmaqda ittiham edib.

“Bu elə bir haldır ki, burada onlar seçkiləri oğurlamağa çalışırlar, onlar seçkini saxtalaşdırmağa çalışırlar və biz buna imkan verə bilmərik,” Tramp mətbuat konfransında bildirib.

Trampın əsassız iddiaları bəzi Respublikaçıların məzəmmətinə səbəb olub.

Trampın tənqiçisi olan prezidentliyə keçmiş Respublikaçı namizəd senator Mit Romni cümə günü Twitter-də bildirib ki, Tramp seçkinin saxtalaşdırıldığını və oğurlandığını deməsi yanlışdır.”

Mənbə: www.amerikaninsesi.org