Görəsən, David Babayanın içdiyi çayın dadı necədir?

Görəsən, David Babayanın içdiyi çayın dadı necədir?

Bir az yaxın tarixdən. 2016-cı il. “DQR prezidentinin mətbuat katibi” David Babayan Lratvakan.com saytına müsahibəsində başından böyük danışır.

Musavat.com caliber.az saytına istinadən həmin müsahibənin bir hissəsini təqdim edir.

“İndi Azərbaycan rəhbərliyi Xankəndidə çay içmək deyilən bir mübtəla ideyaya yoluxub. Azərbaycan Prezidentinin Xankəndidə (mətndə Stepanakert gedir - red.) çay süfrəsində iştirak etmək üçün 3 şansı var. Birinci yol indiki kimi Bakıda oturub çay içib “Qarabağ”, “onun tezliklə qurtulacağını” deməkdir.

İkinci yol da var. Azərbaycan Qarabağın müstəqilliyini tanıdıqdan sonra Xankəndidə səfirliyin açılışı zamanı mütləq onlar üçün çay süfrəsi təşkil olunacaq.

Üçüncü ehtimal hərbi əsir düşərgəsində çay içməkdir. Hər şey olduğu kimi bitməlidir. Azərbaycan rəhbərliyi bu məsəli xatırlamalı və seçim etməlidir”, - deyə Babayan bildirib.

Deyəsən bu zavallı dördüncü ehtimalı unudub. İndi DTX təcridxanasında çay içərkən bunu uzun-uzun düşünə bilər.

Mənbə: musavat.com