Qarabağın ən strateji məntəqələrindən biri olan Xocalı hava limanı da Azərbaycanın mərkəzi hakimiyyətinin nəzarətinə keçib.
Artıq sosial mediada hava limanından düşmən və işğalçı Ermənistanın bayrağının sökülüb, atılmasını göstərən videolar yayılıb.
Həmin qısaca, amma mahiyyətcə tarix böyüklükdə olan görüntüləri təqdim etməklə yanaşı, onu da bildiririk ki, bu strateji obyek Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adı ilə bağlıdır. Əlif Hacıyev Xocalı soyqırımı günü - 26 fevral 1992-ci ildə əlində silah döyüşdə şəhid olarkən Xocalı təyyarə limanının komendantı vəzifəsini daşıyırdı.
İşğal illərində bu hava limanı düşmən üçün Qarabağla İrəvan arasında hava koridoru olub. Paşinyan da daxil, Ermənistanın bütün rəhbərləri bu hava limanından dəfələrlə istifadə edərək, Azərbaycan torpaqlarına qanunsuz daxil olublar.
Artıq oktyabrın 1-dən etibarən Xocalı şəhəri və hava limanı Azərbaycanın mərkəzi hakimiyytinin nəzarəti altındadır. Əlif Hacıyevin və onunla bərabər şəhid olan soydaşlarımızın ruhu şad olsun.
Millətimizin və türk dünyasının gözü aydın! Xocalı soyqırımının qisası alınmış sayılır! Ermənisiz Xocalı... / Musavat.com
Mənbə: yenisabah.az