Sentyabrda Rusiya Ukrayna ərazisinə 500-dən çox “Şahid-136” kamikadze PUA-sı buraxıb ki, bu da bir ay ərzində rekord göstəricidir.
Axar.az xəbər verir ki, bu barədə “Defence Express” portalı məlumat yayıb.
Qeyd olunur ki, Rusiya bu tip PUA-ların metodik kütləvi istifadəsinə keçib:
"Bu da təcavüzkarın kifayət qədər bu tip silaha malik olduğunu göstərir. "Şahid"lərdən istifadə üzrə əvvəlki rekord may ayında olub - 413. Ruslar bu dronlardan iyunda 197-ni buraxıblar, iyulda - 246, avqustda - 167. Sentyabrda isə birdən-birə 503 ədəd dron hücumu olub. Ukrayna müdafiəçiləri bunlardan 396-nı vurmağı bacarıb. Belə kütləvi saylara baxmayaraq, dronların istifadəsi Moskvaya nisbətən az pula başa gəlir. Bir “Şahid”in təxmini dəyərini 20-40 min dollar götürsək, sentyabr terroru Kremlə sadəcə 10-20 milyon dollara başa gəlib".
Mənbə: axar.az