Azərbaycanlılar haqda hər cür yalan... - ABŞ diplomatı

Azərbaycanlılar haqda hər cür yalan... - ABŞ diplomatı

Ötən həftə baş verənlər vəziyyəti müəyyən qədər dəyişdi. ABŞ-da həm Azərbaycanın öz ərazilərini qaytarmasından, həm də etnik ermənilərin gələcəyindən danışırlar. Ermənilərin davranışını onunla izah etmək olar ki, onilliklər ərzində onlara azərbaycanlılar haqqında hər cür yalanlar söylənilib.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Bakıdakı keçmiş səfiri Robert Sekuta Azərbaycanın Rus İcmasının sədr müavini, jurnalist Anastasiya Lavrinaya müsahibəsində deyib.

“Bakı üçün yeni fəsil, yeni dövrə keçid və qonşuları ilə möhkəm münasibətlər qurmaq istəyi başlayıb. Uzun illər Qarabağda yaşayan ermənilərin hüquqları mətbuatın diqqət mərkəzində olub. Bu ədalətlidirmi? Bunu başqalarının vicdanına buraxaq. ABŞ səfiri kimi mən üç əsas məqama - suverenlik, ərazi bütövlüyü və insanların hüquqlarına diqqət yetirirdim. Bu mövqe o zaman ABŞ tərəfindən də dəstəkləndi. ABŞ-ın regiondakı siyasətinin əsas istiqaməti bu üç məqam arasında balans tapmaq cəhdidir. Fikrimcə, azərbaycanlılar və ermənilər regionda dinc yaşaya biləcəklər. İndi ən vacib şey qorxuya qalib gəlməkdir”, - o bildirib.

Mənbə: axar.az