"Rusiya tərəfinin Roma statutunun ratifikasiyasının “son dərəcədə düşməncəsinə addım” olduğu barədə bəyanatını diplomatik dildən tərcümə edəndə bu, beş dəqiqədən sonra müharibə deməkdir".
Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının İcraiyyə Komitəsinin üzvü Eduard Şarmazanov bildirib.
“Mən başa düşə bilmirəm onlar (Paşinyan hökuməti-red.) nəyə arxalanırlar, hesablamaları nəyə əsaslanır? Mən Rusiya Federasiyası ilə düşmənçiliyin nəticələrini təsəvvür edə bilirəm. Söhbət iqtisadi və enerji sahəsindən başlamış təhlükəsizlik sahəsinə qədər fəsadlardan gedir”, - deyə Şarmazanov Rusiya və Avrasiya İqtisadi İttifaqının Ermənistan məhsulları üçün əsas bazar olduğunu xatırladıb.
Mənbə: www.bakupost.az