“Bunlar bu millətin düşmənidir, erməniylə bacardıq, amma bunlarla bacarmaq mümkün deyil"

“Bunlar bu millətin düşmənidir, erməniylə bacardıq, amma bunlarla bacarmaq mümkün deyil"

"Deməli, bir idarənin digər idarəyə borcu varsa, millət koronavirusa yoluxub soyuqdan qırılmalıdır və..."

Xalq şairi Vahid Əziz “Azəristiliktəchizat” ASC-nin fəaliyyətini sərt tənqid edib.

V.Əziz Moderator.az-ın redaksiyasına zəng vuraraq bu qurumun pandemiya dövründə milləti soyuqdan qırdığını bildirib:

“Gündəlik statistikaya baxıram və bildiyiniz kimi ölkəmizdə günü gündən koronavirusa yoluxanların sayı artmaqdadır. Amma bu günə kimi təəssüflər olsun ki, Bakıda istlik sistemləri işə salınmayıb. Soyuq hava isə pandemiyanın yaranmasına birbaşa şərait yaradır. İstilik sisteminin işə salınmamasının səbəbini araşdırdım və məlum oldu ki, Nazirlər Kabinetinin tabeçiliyində olan “Azəristiliktəchizat”ASC-nin “Azəriqaz” ASC-yə borcu var. Deməli, bir idarənin digər idarəyə borcu varsa, millət koronavirusa yoluxub soyuqdan qırılmalıdır və onlar da özünü yalandan reklam etməlidir. Belə özbaşınalıq olarmı? Xahiş edirəm aidiyyatı qurumlar səsimi eşitsinlər, belə olmaz. Adətən sovet dönəmində istilik sistemi noyabrın 7-də işə salınırdı, amma indi bunu 15 noyabra keçiriblər, amma bu gün isə noyabrın 17-dir və hələ də istilik sistemi işə salınmayıb. Bunlar deyəsən bu millətin düşmənidir, biz erməniylə bacardıq, amma bunlarla bacarmaq mümkün deyil. Sanki bunlar dərman “mafiya”sıyla əlbir işləyirlər. Belə etmək olmaz axı, hər şeyin öz yeri var”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az