Paşinyan fon der Leyenlə Qarabağı müzakirə etdi

Paşinyan fon der Leyenlə Qarabağı müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının rəhbəri fon der Leyenlə telefonla Qarabağdan ermənilərin köçürülməsini və Ermənistandakı vəziyyəti müzakirə edib.

"Unikal" xəbər verir ki, həmçinin regional vəziyyət və Ermənistan-Aİ əməkdaşlıq gündəliyi ilə bağlı məsələlər müzakirə edilib.

Həmsöhbətlər bu həftə Qranadada keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində müzakirələri davam etdirmək barədə razılığa gəliblər.


Mənbə: unikal.az