Qlen Hovard: “Dağlıq Qarabağ müharibəsi bölgədə tektonik dəyişikliklərə səbəb oldu”

“Dağlıq Qarabağ müharibəsi bölgədə tektonik dəyişikliklərə səbəb oldu”.

KONKRET.az xəbər verir ki, bu fikirləri qərargahı Vaşinqtonda yerləşən “Jamestown” Fondunun prezidenti Qlen Hovard bildirib.

Onun fikrincə, son toqquşmaya ayrı bir müharibə kimi yanaşmaq düzgün olmazdı. O, bunu Birinci Qarabağ müharibəsinin davamı olaraq görür.

“Davamlı hərbi biliklər, adaptasiya, təkmilləşmə, diplomatiyadan istifadə prosesi mövcud idi və Azərbaycan davamlı olaraq hərbi bacarıqlarını təkmilləşdirib, yaxşılaşdırmağa çalışırdı”, – deyə o vurğulayıb.

Hovard Azərbaycanın bu müharibədən Türkiyə ilə birlikdə regional güc olaraq çıxdığını deyib.

 

 

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Fransadan ağlasığmaz açıqlama – Peyğəmbərin təhqirinə haqq qazandırdı

SONRAKI XƏBƏR

Azay Quliyev Fransa Senatında müzakirəyə çıxarılacaq rüsvayçı sənədi şərh etdi – VİDEO