Savaşda itkin düşənlərin skeletləri tapıldı – Kütləvi müsəlman məzarlığı

Savaşda itkin düşənlərin skeletləri tapıldı – Kütləvi müsəlman məzarlığı

Avropa Birliyi Kosovo Missiyasının (EULEX) mütəxəssisləri köhnə peyk şəkillərindən istifadə edərək, Serbiyanın Raşka şəhərindəki Kizevak bölgəsində Kosovodakı müharibədən (1998-1999) qalma kütləvi məzarlıq aşkarlayıblar.

Teleqraf.com xəbər verir ki, məhkəmə qərarından sonra işlərin davam edəcəyi açıqlanıb, amma nə qədər insanın qalıqlarının tapıldığı barədə məlumat verilməyib.

Kosovo albanlarına aid olan və müharibə zamanı bu bölgəyə daşındığı ehtimal olunan skelet qalıqlarının EULEX, Kosovo Tibb İnstitutu və Serbiya Hökuməti İtkin Şəxslər Komissiyasının mütəxəssisləri tərəfindən tapıldığı deyilib.

EULEX-dən verilən açıqlamada, 2015-ci ildən bəri Kivezak bölgəsində qazıntıların aparıldığı bildirilib. EULEX-in keçən il bu bölgənin peyk şəkillərini çəkdiyi və yerin tam olaraq fevral ayında müəyyən olunduğu və axtarış işlərinə bu tarixdə başlandığı qeyd edilib.

Kosovada itkin düşənlərin qohumlarının qan analizləri verdiyi söylənilib: “Ailələrə diaqnozlar barədə məlumat veriləcək və itkin olan şəxsin qalıqları onlara çatdırılacaq”.

Açıqlamada bunun Kosovoda itkin düşmüş 1600 nəfərin taleyini işıqlandırmaq üçün vacib olduğu deyilib.

 

Mənbə: teleqraf.com