Pompeo Qətərdə Əfqanıstan höküməti və Talibanın vasitəçiləri ilə görüşüb

Pompeo Qətərdə Əfqanıstan höküməti və Talibanın vasitəçiləri ilə görüşüb

Şənbə günü Qətərdə Əfqanıstan hökümətinin vasitəçiləri ilə görüşən ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, Birləşmiş Ştatlar “kənarda oturub, bacardığı qədər yardım edəcək.” Əfqanıstan hökümətinin vasitəçilərinin Talibanla sülh razılığı əldə etmək yolunda irəliləyiş əldə etdiyinə dair işarələr var.

“Mənim üçün sizin müsbət nəticə əldə etmək ehtimalını necə artıra biləcəyimizlə bağlı düşüncələrinizi öyrənmək maraqlıdır,” müxbirlər Pompeonun Əfqanıstanın vasitəçi komandasına dediyini eşidiblər.

ABŞ-ın baş diplomatı həmçinin Dohada Talibanın vasitəçiləri ilə də görüşüb. Bu arada isə ABŞ 2001-ci ildə Əfqanısta hərbi müdaxiləsindən sonra ABŞ qoşunlarınının ölkədən çıxarılmasını sürətləndirir.

Taliban və Əfqanıstan höküməti Taliban və ABŞ-ın fevral ayında razılıq imzalamasından sonra ilk dəfə olaraq Dohada sentyabr ayında danışıqlara başlayıblar.

Dövlət Departamenti bildirib ki, Pompeo bundan öncə şənbə günü Dohada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl Nahyanla görüşüb və onunla BƏƏ-nin İsraillə əlaqələrinin normallaşdırmasın, İranın Yaxın Şərqlə təsirinə qarşı mübarizəni və Yəməndə sülhə nail olmaq üçün siyasi həll yoluna ehtiyacı müzakirə edib.

Dövlət katibi Dohada həmçinin Qətərin idarəçisi Emir Şeyx Tamim bin Həmad əl Tani, baş nazirinin müavini və xarici işlər naziri ilə də görüş keçirəcək. Dövlət Departamentinin bildirdiyinə görə, onlar müdafiə və terror əleyhinə mübarizə təşəbbüslərini və iqtisadi imkanları müzakirə edəcəklər.

Pompeonun Qətər ziyarəti onun Yaxın Şərq və Avropaya yeddi günlük səfərinin bir hissəsidir.

Pompeo bu səfər çərçivəsində İsrailə də səfər edib. Orada o cümə axşamı işğal olunmuş İordan çayının qərb sahilində İsrailin yaşayış yerlərini ziyarət edib. O, Fələstinin başçılığı ilə İsraili beynəlxalq səviyyədə boykot etmək hərəkatını dayandırmaq məqsədilə yeni təşəbbüsün elan olunmasından sonra ərazini ziyarət edən ABŞ-ın ilk yüksək səviyyəli rəsmisidir.

Dövlət Departamentinin rəsmisi Pompeo ilə səfərə qatılmalarına icazə verilməyən müxbirlərlə deyib ki, baş diplomat Qüds yaxınlığında Psaqot Şərab zavodunu ziyarət edib.

Pompeo həmçinin İsrailin 1967-ci ildə baş verən müharibə nəticəsində Suriyadan işğal etdiyi Qolan təpəliklərini də ziyarət edib.

Mənbə: www.amerikaninsesi.org