Emmanuel Makron ermənilərə iki yük təyyarəsi yardım göndərir

Emmanuel Makron ermənilərə iki yük təyyarəsi yardım göndərir

Emmanuel Makron ermənilərə 2 yük təyyarəsi yardım göndərir.

Bu məqsədlə prezident Emmanuel Makron dünən “Hayastan” Ümumerməni Fondunun Fransa filialının mənzil-qərargahını ziyarət edib.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb. “Tədbirə qatılan prezident Emmanuel Makron deyib ki, Dağlıq Qarabağdan və ona bitişik yeddi bölgədən olan 120 min köçkün erməni sakininə, eləcə də Ermənistanda çətin vəziyyətdə olan ən azı 1 milyon erməniyə yardım etmək bizim birbaşa borcumuzdur. Fransa hökumətinin, eləcə də “Hayastan” Ümumerməni Fondunun Fransa filialının humanitar yardımını daşıyan ilk təyyarə sabah 22 noyabrda, ikincisi isə 27 noyabrda İrəvana uçacaq. Humanitar yükün daşınmasına tanınmış erməni əsilli Fransız futbolçu, 1998-ci il dünya çempionu Yuri Djorkaeff rəhbərlik edəcək”.

Prezident Makron onu da deyib ki, Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında imzalanmış üçtərəfli bəyanata beynəlxalq monitorinq çərçivəsində Fransa da daxil olmaq istəyir.

Surxay Atakişiyev,

KONKRET.az

Mənbə: konkret.az