“Ermənilər insanlığa sığmayan cinayətlər törədib” – Səfir

“Füzulidə gördüklərimiz bir daha sübut etdi ki, qarşımızda insanlıqdan nəsibini almamış və hər cür pisliyi edə biləcək düşmən var. Azərbaycanın qazandığı bu zəfər həqiqətən çox böyük qələbədir. Qırx dörd gün ərzində düşmənə qarşı aparılan mübarizə və daha sonra siyasi arenada qazanılan qələbə çox böyük zəfərdir. Azərbaycan xalqını bu qələbə münasibətilə ürəkdən təbrik edirəm”.

Turkustan.info xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral söyləyib.

Ermənilərin işğal altındakı ərazilərdə törətdikləri cinayətlərin əsl vəhşiliyin göstəricisi olduğunu vurğulayan diplomat deyib:

“Qısaca bu vandallıq və barbarlıqdır. Burada insanlığa sığmayan cinayətlər törədilib, binalar, evlər, yollar dağıdılaraq məhv edilib. Ermənilər bu ərazilərdə öz məkrli maraqlarını güdərək, buraları insanın yaşaya bilməyəcəyi şəkildə xarabazara çeviriblər. Azərbaycan mədəniyyət abidələrinə, yaşayış məntəqələrinə yüksək diqqət və qayğı göstərdiyi halda, ermənilər əksinə, təsəvvür edilməyəcək qədər cinayətlər törədib, daş üstündə daş qoymayıblar. Həqiqətən də çox üzücü bir vəziyyətdir. Amma, Allaha şükür, torpaqlarımız işğaldan azad edildi. Bu torpaqların abadlaşdırılıb gülüstana çevriləcəyi günü tezliklə görəcəyik” (azərtac).

Qeyd edək ki, bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri işğaldan azad edilən Füzuli rayonu ərazisində olublar. /Modern.az/

Turkustan.info

ƏVVƏLKİ XƏBƏR

Şəmkir sakini tanışı tərəfindən bıçaqlanıb

SONRAKI XƏBƏR

Bakı-Ələt yolunda yük avtomobili qəza törədib, ölən və xəsarət alan var