Makronun çirkin planı: “Bizə etdiyini heç kim etmədi” – Fransaya şok etiraz

Makronun çirkin planı: “Bizə etdiyini heç kim etmədi” – Fransaya şok etiraz

“Fransanın müdaxiləsi ilə ölkə qəsdən məzhəbçilik əsasında quruldu”.

Teleqraf.com xəbər verir ki, bunu livanlı tarixçi, professor Xalid əl-Kundi deyib.

Tarixçi Livanın hələ də Fransanın təsiri altında olduğunu, müstəmləkə dövründə yerləşdirilmiş məzhəbçiliyin ölkədə mövcud məzhəb fərqliliyinə səbəb olduğunu vurğulayıb:

“Fransa Livanı Marunilərin rəhbərliyi altına alma səyləri ilə məzhəbçiliyi bu günə gətirdi. Livanda müstəmləkə dövründə yalnız Marunilər prezident ola bildi və beləliklə Fransa Livanı nəzarətində saxladı. Pravoslav xristianları belə prezident ola bilmədi”.

Osmanlı dövründə Livandakı məzhəblər arasında heç bir ayrı-seçkiliyin olmadığını qeyd edən Kundi Fransa müstəmləkəçiliyi dövründə məzhəbçiliyin gücləndiyini və ölkədə fransızların qaydalarının tətbiq olunduğunu söyləyib.

Kundi Fransanın Livana qarşı son təşəbbüslərini də şərh edib: “Prezidentin (Emmanuel Makron) başlatdığı təşəbbüslər humanitar deyil - fransız müstəmləkəçiliyi xeyriyyəçilik deyil. Fransız müstəmləkəçiliyi ölkədə ağrılı izlər buraxır. Dünyada heç bir ölkə 30 il içində Fransa müstəmləkəçiliyinin etdiyini etməyib. Biz Fransanın geri dönməsini heç vaxt qəbul edə bilmərik”.

Mənbə: teleqraf.com