Qüds İslam Vəqfləri İdarəsinin sədr müavini İsrail tərəfindən saxlanıldı

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail polisi Qüds İslam Vəqfləri İdarəsi rəhbərinin müavini Şeyx Nacih Bukeyratı nəzarətə götürüb.

Qüds İslam Vəqfləri İdarəsi tərəfindən verilən yazılı açıqlamada Şeyx Bukeyratın işğal altında olan Şərqi Qüdsdəki Məscidül-Əqsadan çıxarkən İsrail rejimi polisi tərəfindən nəzarətə alındığı bildirilib.

Açıqlamada Şeyx Bukeyratın saxlanılma səbəbi ilə bağlı heç bir məlumat verilməyib.

Qeyd edək ki, sonuncu dəfə 4 noyabrda nəzarətə alınan Şeyx Bukeyrat Məscidül-Əqsadan 6 aylıq kənarlaşdırılma cəzasına məhkum edilmişdi.

Mənbə: TRT Haber

Eastnews.org

ƏVVƏLKİ XƏBƏR

ABŞ strateji bombardmançı təyyarələrini Yaxın Şərqə köçürdü

SONRAKI XƏBƏR

Paris Fransa, Rusiya və ABŞ-ın Qarabağ üçün xüsusi məsuliyyət daşıdığını bildirdi